Müsəlmanların sayı artır, xristianlar azalır

muselmanlarin-sayi-artir-xristianlar-azalir
Oxunma sayı: 644

“Media forum” saytı xəbər verir ki, məruzədə müsəlmanların və mormonların artdığı, protestantların və katoliklərin azaldığı bildirilir.

ABŞ hökuməti rəsmi dini statistika aparmır. Məruzə müəllifləri tədqiqatı 236 dini icma nümayəndəsinin köməyi ilə hazırlayıb.
Statistikaya görə, 2010-cu ildə ABŞ-da islam dininə etiqad edənlərin sayı 2,6 milyona çatıb. 2000-ci ildə bu rəqəm 1 milyon olub.
Tədqiqatçı Deyl Consun sözlərinə görə, ABŞ-da müsəlmanların sayının artmasına mühacirlərin çoxalması və digər dinlərdən olan insanların islama keçməsi səbəb olub. O, ABŞ-ın bütün ştatlarında xristianların çoxluq təşkil etdiyini və onun qollarından olan mormonların sayının daha çox artdığını vurğulayıb.
Xristianlığln mormonizm qolu 19-cu əsrdə yaranıb.