Müşfiq Mədətova belə dəstək oldu - Foto

musfiq-medetova-bele-destek-oldu
Oxunma sayı: 12573

Xəbər verdiyimiz kimi, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov “İçərişəhər” stansiyasının yaxınlığında bıçaqlanıb. O, bədəninin bir neçə yerindən, xüsusən də üz və qulaq nayihələrindən bıçaq zərbəsi alıb. 

“Qafqazinfo” xəbər verir ki, Müşfiq Mədətovun əmisi oğlu, tanınmış prodüser Anar Mədətov hadisədən sonra sosial şəbəkədə birgə fotolarını paylaşıb. O, fotoya “Yaşayan Mədətovlar” şərhini yazıb.

“Qafqazinfo” hadisə ilə bağlı prodüserlə əlaqə saxlamağa çalışıb.  Lakin onun hər iki telefon nömrəsinə zəng çatmayıb.

Qeyd edək ki, Müşfiq Mədətov hazırda Səbail Rayon Polis İdarəsində saxlanılır. Bildirilir ki, M. Mədətovun saxlanılmasına səbəb onun hadisəylə bağlı dindirilməsidir. 

Xatırladaq ki, ailənin daha bir tanınmış üzvü Mahir Mədətov Azərbaycan millisinin və "Qarabağ"ın şərəfini qoruyur. Məlum hadisəylə bağlı onun da mövqeyini öyrənmək istəsək də, futbolçu bu barədə danışmayıb.