Müşfiqabad məscidindən maraqlı görüntülər - - Fotolar

musfiqabad-mescidinden-maraqli-goruntuler-
Oxunma sayı: 4665



Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidində yeni yaradılmış dini icmanı dövlət qeydiyyata alıb və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidə yeni rəsmi imam təyin edilib. 

“Qafqazinfo”nun müxbiri bu gün ikindi namazı vaxtı Müşfiqabad məscidində olub. Məscidin yeni icmasın sədri İlşad Süleymanov artıq məsciddə idi. Məsciddə cammat namazı yeni təyin olunmuş imam Şaiq Əliyevin rəhbərliyi ilə qılınırdı. Məscidə gələn sələfilər də camaat namazında iştirak edirdilər. Məscidin keçmiş imamı Mübariz Qaçayevin də yeni təyin olunmuş imamın arxasında namaz qılması diqqətimizdən yayınmadı. 

“Qafqazinfo”nun müxbirinin məsciddən çəkdiyi fotoları təqdim edirik.