Müşfiqdən Coşqunun ölüm xəbərinə sərt - Reaksiya

musfiqden-cosqunun-olum-xeberine-sert
Oxunma sayı: 12011

“Kimlərsə və “nələrsə” bizim Coşqunun adından, şöhrətindən, statusundan istifadə edərək onun haqqında ağzına və başqa orqanlarına gələni yazaraq əfsuslar olsun ki, özlərinə reytinq və çörək qazanmaq istəyirlər…. və qazanırlar”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Müşfiq Hüseynov “Bu şəhərdə”nin İnstaqram hesabında yazıb.

O bildirib ki, C. Rəhimovun vəfat etməsi ilə bağlı yayılan məlumatlar tam əsassızdır:

“Allaha şükür Coşqun sağ-salamatdır, kefi yaxşıdır, əhvalı gözəldir, özü də hazırda bizim Londonda keçiriləcək konsertimizə hazırlaşır. Və bizim Rafaellə, onun ailəsi ilə bağlı şəkilləri paylaşaraq “sensasiya” yaratmaq istəyənlərin nəzərinə: Adam erməni olmaz. P.S. Var olsun bizim tamaşaçılar!”.