“Music Band”in növbəti çəkilişi baş tutub

music-bandin-novbeti-cekilisi-bas-tutub
Oxunma sayı: 712

Bakının mərkəzində,  Fəvvarələr Meydanında Azərbaycan Televiziyası Mədəniyyət Kanalının Heydər Əliyev Sarayı ilə birgə layihəsi olan “Music Band” verilişinin növbəti çəkilişi baş tutub.

"Qafqazinfo" xəbər verir ki, musiqinin müxtəlif janr və sahələrini əhatə edən layihənin əsas məqsədi caz, rok, estrada və digər musiqi janrlarının yaranması, inkişaf tarixi barədə tamaşaçılara məlumat vermək, gənc nəslin musiqi zövqünün formalaşmasına, maariflənməsinə xidmət etməkdir. Proqramın açıq havada keçirilməsinin bir səbəbi də tamaşaçılarla canlı ünsiyyət qurmaq, eləcə də gənclərin, şəhər sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarının səmərəli və əyləncəli keçməsinə vasitəçi olmaqdır.

Verilişin növbəti qonağı respublikanın xalq artisti Ənvər Sadıqov və Azərbaycan Televiziyası və Radiosunun Qaytağı instrumental ansamblı olub. Ansamblda Ənvər Sadıqovla bərabər respublikanın əməkdar artistləri, caz ifaçısı Emil Əfrasiyab, tarzən Ələkbər Ələkbərov və başqaları da çıxış ediblər. Ansamblın ifasında Azərbaycan bəstəkarlarının əsərləri, kinofilmlərə yazılmış  musiqilər, eləcə də əcnəbi musiqilər ifa olubub. Proqram tamaşaçıların alqışları ilə qarşılanıb.

Layihənin aparıcısı Nurlana Cəfərovadır.