Musiqi Günü üçün 1 dəqiqəlik ifa... - Video

musiqi-gunu-ucun-1-deqiqelik-ifa
Oxunma sayı: 1512

18 sentyabr Milli Musiqi Gününə özəl MTV Azərbaycan maraqlı layihəyə imza atıb.

"Qafqazinfo" xəbər verir ki, Mənsum İbrahimov, Fidan Hacıyeva, Lalə Məmmədova, Səidə Sultan, Dilarə Kazımova və digər sənətçilər dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqilərini səsləndiriblər. 1 dəqiqəlik videolar gün ərzində MTV Azərbaycan kanalında tamaşaçılara təqdim olunur.