Musiqili Komediya Teatrı “Kimyagər” göstərəcək

musiqili-komediya-teatri-kimyager-gosterecek
Oxunma sayı: 656

“Qafqazinfo”nun məlumatına görə, teatrın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, yaradıcı kollektiv Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan dramaturgiyasının banisi, görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə ədibin “Hekayəti Molla İbrahimxəlil kimyagər” komediyası əsasında hazırlanmış “Kimyagər” (bəstəkar Siyavuş Kərimi, libretto müəllifi Əjdər Ol) tamaşasını sənətsevərlərə təqdim edəcək.
Əsərə Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov quruluş verəcək. Quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov olan tamaşada Xalq Artisti Afaq Bəşirqızı (Kimyagər), Əməkdar Artist Əkbər Əlizadə, Ramil Qasımov (Həmid), Əzizağa Əzizov, Elxan İsmayılov (Hacı Kərim), Ələkbər Əliyev, Məhərrəm Qurbanov (Ağa Zaman), Ziyadxan Cəbrayılov, Möylə Mirzəliyev (Molla Salman), Novruz Əliyev, Nadir Xasıyev (Məşədi Cabbar), Əliməmməd Novruzov, Hüseyn Əlili (Dərviş), Səmədzadə Xasıyev, Fərid Rzayev (Səfər bəy), Ağaxan Şərifov, Elçin İmanov (Şeyx Salah), Emil Heydərov, Vüqar Hacıyev (Hacı Nuru) iştirak edəcəklər.
Tamaşanın bədii tərtibatını gənc rəssamlar Sevinc Həsənova və Novruz Məmmədov verəcəklər.