“Müslüm” “Ayla”nı keçdi - 6 milyon baxış

muslum-aylani-kecdi
Oxunma sayı: 2390

Mərhum müğənni Müslüm Gürsesin həyatından bəhs edən, Zerrin Tekindor və Timuçin Esenin rol aldığı “Müslüm” filmi rekorda imza atıb. 

“Qafqazinfo” xəbər verir ki, ekran işi fenomen film olan “Ayla”nı (5 milyon 589 min) keçərək lider olub və 5 milyon 848 min 213 nəfər tərəfindən izlənilib. “Müslüm”dən əldə edilən gəlir isə 77, 6 milyon lirədir. 

Həmçinin bu günədək ən çox baxılan Türkiyə istehsalı olan filmlər arasında 6-cı olub. Bu məqamda bildirək ki, Türkiyə tarixində ən çox baxılan film “Receb İvedik 5”dir ( 7 milyon 437 min nəfər).