Müslüm Maqomayevə həsr olunan müsabiqə keçiriləcək

muslum-maqomayeve-hesr-olunan-musabiqe-kecirilecek
Oxunma sayı: 638

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, indiyə qədər 18 ölkədən 207 ərizə daxil olub. Seçimlərdən sonra isə onların ancaq yarısı müsabiqədə iştirak hüququ qazanıb. Bu ölkələr sırasına Almaniya, ABŞ, Qazaxıstan, Belorus, Ukrayna, Monqolustan, KXDR, Gürcüstan, İran, Özbəkistan və Azərbaycan daxildir.

Növbəti belə bir müsabiqənin Azərbaycanda keçirilib-keçirilməyəcəyinə gəldikdə isə SSRİ xalq artist Tamara Sinyavskaya bu haqda düşündüklərini deyib: “Bizim, məsələn, bu konkursu İtaliyada keçirmək üçün müraciətimiz var. Orada Müslümün çoxlu fanatı var. Yerki gəlmişkən münsiflət heyətinə italyan maestro, Ozimo şəhərinin Opera Akademiyasının bədii rəhbəri Vinçense de Vivonu dəvət edilib”. Sinyavskayanın sözlərinə görə, italiyalı maestro Müslümün ifalarını dinlədikdən sonra ona heyranlığını gizlədə bilməyib və təklifi qəbul edib.

“Qaliblərlə musiqi əməkdaşlığı haqqında hər hansı müqavilə bağlamaq planlaşdırılır” sualını cavablayan “Krokus” şirkətinin prezidenti Araz Ağalarov bildirib ki, bu müsabiqədə iştirak və qələbə “keyfiyyətin nişanıdır”: “Bu, gənc istedadları aşkar etmək məqsədilə keçirilmir, hərçənd ki, bu da baş verə bilər. Lakin əsasən bu müsabiqədə haradasa çıxış edən, işləyən insanlar iştirak edir. Hesab edirəm ki, onlar üçün iştirakın özü böyük fəxrdir, nəinki müsabiqənin laureatı yaxud iştirakçıları olacaqlar. Bu, onların musiqi bioqrafiyasında ciddi ştrixdir”.