Mustafa Abbasbəyli nazir müşaviri oldu

mustafa-abbasbeyli-nazir-musaviri-oldu
Oxunma sayı: 7251

Mustafa Abbasbəyli Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyiblər.

Bildirilib ki, nazirin yeni müşaviri yanvarın 21-dən vəzifəsinin icrasına başlayıb.

Mustafa Abbasbəyli bundan əvvəl Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri olub.