Mustafa Ceceli arvadından boşandı

mustafa-ceceli-arvadindan-bosandi
Oxunma sayı: 1207

Məşhur türkiyəli müğənni Mustafa Ceceli həyat yoldaşı Sinem Cecelidən boşanıb.

“Qafqazinfo”nun məlumatına görə, sənətçi ötən gün İstanbul Ailə Məhkəməsində 2008-ci ildə ailə qurduğu dizayner xanımı ilə razılıqlı şəkildə boşanıb.

Məhkəmənin qərarına görə, cütlüyün 6 yaşlı oğullarının himayəçiliyi anasına verilib, onun təhsil və digər bütün xərcləri isə atası tərəfindən ödəniləcək.

Ceceli eləcə də, eks-xanımına 1 ev və 3 milyon TL təzminat ödəyəcək.

Qeyd edək ki, M. Ceceli boşandıqdan sonra İnstaqram hesabında yazılı açıqlama yayaraq hər kəsdən bu qərarına hörmət etməyi xahiş edib.