Mustafa Ceceliyə daha bir zərbə

mustafa-ceceliye-daha-bir-zerbe
Oxunma sayı: 4764

Türkiyəli müğənni Mustafa Cecelinin Konya şəhərinin Seydişehir rayonunda verəcəyi konsert bələdiyyə tərəfindən ləğv edilib.

“Qafqazinfo” “DHA”ya istinadən xəbər verir ki, buna səbəb kimi onun keçmiş həyat yoldaşı Sinəm Gediyin müğənni İntizarla məhrəm görüntülərini yayması ilə bağlı KİV-də yayılan xəbərlər göstərilir.

Qeyd olunur ki, 10-15 avqust tarixlərində təşkil ediləcək konsertdə M. Ceceli ilə birlikdə Esat Kabaklı, İsmail Altunsaray, Uğur Işılak, Hüseyin Kağıtın da çıxış etməyi planlaşdırılıbmış.