Mustafa Cerenlə yox, onunla sevgili imiş

mustafa-cerenle-yox-onunla-sevgili-imis
Oxunma sayı: 2090

Müğənni Mustafa Sandalın aktrisa Ceren Hindistanla sevgili olduğu iddia edilsə də, onun Irmak Ünalla eşq yaşadığı ortaya çıxıb. 

“Qafqazinfo” xəbər verir ki, C. Hindistan “İkinci sayfa” proqramı ilə əlaqə saxlayaraq mövzu barədə açıqlama verib. O, Mustafanın həmkarı Irmak Ünalla münasibətdə olduğunu qeyd edib:

“İnstaqramında şəkil paylaşmışdı. Hamı elə bildi ki, mənəm. Ona mesaj yazdım ki, səhifəmdə təsadüfən mahnınızı paylaşmışam, hamı şəkildəki xanımın mən olduğunu düşünür.  Mustafa Sandal da cavab verdi ki, Ceren, lazım deyil. Belə şeylər yazırlarsa, gəl eşq yaşayaq.  

Mən onunla məsafəli davranırdım. Pərəstişkarı olduğum bir insan idi. Çətin günlər keçirir, məntiqli düşünə bilmir. Boşluqdadır, ona görə bəlkə də, mənə belə şeylər yazıb. Daha sonra Mustafa Sandal mənə “şəkilə görə açıqlama vermə, sənə zəng vuranların telefonunu açma” dedi. Düşündüm ki, yəqin bir şeylər bilir. Sən demə, həmin dövrdə Irmak Ünalla sevgili imiş. Bunu eşidəndə şok oldum. Ona heç nə yazmadım”.