Mustafa Dənizli buraxılan qola hirsləndi, xəstəxanalıq oldu - Video

mustafa-denizli-buraxilan-qola-hirslendi-xestexanaliq-oldu
Oxunma sayı: 1489

Dünən axşam Türkiye Super Liqasının 24-cü turu çərçivəsində “Trabzonspor”a qarşı oyunda “Kasımpaşa”nın baş məşqçisi Mustafa Dənizlinin halı pisləşib.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssis komandasının ilk hissənin son saniyələrində buraxdığı ikinci qoldan sonra əsəbiləşib və halı pisləşib. Klub həkimlərinin ilkin müayinəsindən sonra onun təzyiqinin yüksəldiyi məlum olub və dərhal xəstəxanaya yerləşdiriblər.

Komandanı ikinci hissəyə isə Dənizlinin köməkçisi Sarp Yiğit çıxarıb.

Xəstəxanada tibbi müdaxilədən sonra özünə gələn mütəxəssis mətbuata açıqlama verib və özünü yaxşı hiss etdiyini bildirib:

“Bu gün yaşadığım şey əslində hər gün başıma gələn hadisədir. Əslində hər həftə oyunda təzyiqim yoxlansa, yüksək olduğu görünər. Bu gün sadəcə klub həkimimizin israrı ilə xəstəxanaya gəldim”.

Qeyd edək ki, ilk hissənin 0:2 hesabı ilə geridə bitirən “Kasımpaşa” ikinci hissədə vurduğu qollarla oyundan 2:2 hesablı bərabərliklə ayrılıb.