Mustafa Hacıbəyli polisə çağırıldı

mustafa-hacibeyli-polise-cagirildi
Oxunma sayı: 649

Cavid adlı sahə müvəkkili bildirib ki, Mustafa Hacıbəylini Binəqədi rayon Polis İdarəsinə aparmalıdır. Həmin vaxt İctimai Palatanın Nəsimi təşkilatının təsis iclasında iştirak edən M.Hacıbəyli evdə olmayıb. O polis idarəsinə bu gün axşam saatlarında vəkili ilə birlikdə gedəcək.

Jurnalistin polisə çağırılmasının səbəbləri hələlik məlum deyil. Güman olunur ki, ondan 2 aprel aksiyası ilə bağlı ifadə alınacaq.