Mustafa Hacıbəyliyə hökm oxundu

mustafa-hacibeyliye-hokm-oxundu
Oxunma sayı: 1663

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsavat” Partiyasının mətbuat katibi və “Bastainfo.com”saytının rəhbəri Mustafa Hacıbəyliyə hökm oxunub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə M. Hacıbəyliyə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. 

M.Hacıbəyli Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. İttihama görə, M.Hacılbəyli Gəncə və Mingəçevirdəki hadisələr nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış vəziyyəti özü üçün əlverişli hesab edərək, vətəndaşlar arasında xaos və çaşqınlıq yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsədiylə yazıları rəhbərlik etdiyi sayta yerləşdirib. Xəzər rayon sakinləri olan üç qadın- İlahə Xalidova, Arzuxanım Məmmədova və Zülfiyyə Babayeva o məqalələri oxuyaraq qorxuya düşüblər, narahatlıq keçiriblər.

Murad Əhməd