Mustafa Sandal Bakıda- - "İndiki müğənnilərinizi tanımıram"

mustafa-sandal-bakida-
Oxunma sayı: 2063

 

“Qafqazinfo” xəbər verir ki, müğənni bu gün aprelin 5-i Heydər Əliyev sarayında verəcəyi konsert öncəsi tanınmış otellərin birində mətbuat nümayəndələri ilə görüşüb. O, Azərbaycanda verəcəyi konsertə ciddi hazırlaşdığını bildirib. 

“Azərbaycana on yeddi nəfərlik musiqi heyətimlə gəlmişəm. Konsertimdə ən sevilən mahnılarımı səsləndirəcəm. Azərbaycanda indiki müğənnilərin heç birini tanımıram. Yalnız Rəşid Behbudovu tanıyıram. Onun “Sevgilim” mahnısını çox sevirəm. Bir də Zeynəb Xanlarovanı tanıyıram. Başqa heç bir müğənninizi tanımıram”.

Daha sonra müğənni geyimindən danışıb: “Rəngli geyimləri sevmirəm. Əsasən ağ və qara rəngdə olan geyimlərə üstünlük verirəm. Kişinin rəngli geyinməsi mənim təbiətimə uyğun deyil”.

M.Sandalın mətbuat konfransından olan şəkilləri təqdim edirik.