Mustafa Sandal da boşanır?

Mustafa Sandal da boşanır?
Oxunma sayı: 1458

Mustafa Sandal xanımı Əminə Sandal ilə ayrılması barədə yayılan xəbərlərə münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, o, 9 illik həyat yoldaşı ilə dava etmədiyini, münasibətlərinin qaydasında olduğunu söyləyib.

Sandal deyib ki, iki övladının anası ilə boşanmaq fikri yoxdur:

“Siz zarafat edirsiz? Belə bir şey yoxdur. Çox xoşbəxtəm, bizim gözəl bir evliliyimiz var. Bu barədə nə açıqlama verim? Olmayan bir şey barəsində danışım? 14 ildir ki, onu tanıyıram. Hər şey qaydasındadır və gözəl də davam edir”. 

Qeyd edək ki, bu gün Türkiyə mətbuatında cütlüyün ötən həftə mübahisə etməsi barədə xəbər yayılıb.  İddia olunub ki, onlar boşanmaq barədə qərara gəliblər. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi