Mustafa Sandal tanınmaz halda

mustafa-sandal-taninmaz-halda
Oxunma sayı: 4133

Türkiyənin pop ulduzu Mustafa Sandal xarici görünüşü ilə hər kəsi təəccübləndirib. “Qafqazinfo” xəbər verir ki, ötən gün İstanbulda görüntülənən sənətçinin solğun halı kameralarda əks olunub. 

Bundan əlavə, Mustafanın üzündəki qırışlar sosial şəbəkələrin gündəmindən düşməyib.  İddia olunur ki, 48 yaşlı ifaçı həmişə efirdə makiyajdan istifadə edib və o, ilk dəfə bu halı ilə paparassilərə tuş gəlib. 

İki oğlunun anası Emina Jahoviçdən boşanan sənətçi media nümayəndələrinin suallarını da cavabsız qoyub.  O, “Görüşüm var” deyərək ərazidən uzaqlaşıb. 

Qeyd edək ki, Emine və Mustafa 10 illik evliliklərini 2 ay bundan əvvəl bitiriblər.