Mustafanı iş adamına dəyişdi?

mustafani-is-adamina-deyisdi
Oxunma sayı: 3636

Bir müddət əvvəl müğənni Mustafa Sandaldan boşanan Əminə Yahoviç iş adamı Saadettin Saranla sevgili olması barədə xəbər yayılıb.  “Qafqazinfo” xəbər verir ki, əvvəlcə, iş adamı instaqram səhifəsində bir foto paylaşaraq “Darıxmışam” şərhini yazıb. 

Daha sonra həmin şəkildəki xanımın Əminə olması barədə müzakirələr başlayıb və bu mövzuda şərhlər yazılıb. 

S. Saran bundan narahat olaraq paylaşımı redaktə edərək həştaqla “qızım” şərhini yazıb. Lakin, dırnaq boyası, boynundakı xal və saçlar şəkildəki şəxsin Əminə olmasını sübuta yetirir.  

Əminə isə mövzu ilə bağlı açıqlama verməkdən boyun qaçırıb: “Mən özəl həyatımla bağlı heç nə danışmaq istəmirəm. Məni anlayışla qarşılayın”. 

Xatırladaq ki, Əminə 10 illik ərindən 2 ay bundan əvvəl rəsmi olaraq boşanıb.