“Müstəqillik Günü dövlət səviyyəsində keçirilsin”

musteqillik-gunu-dovlet-seviyyesinde-kecirilsin
Oxunma sayı: 640


Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.Toplantıda Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitutsiya Aktının qəbul olunmasının 20 illiyinə dair KXCP- nin bəyanatı qəbul olunub. Bəyanatda 18 oktyabrda partiya tərəfindən bayram tədbirinin keçirilməsinə hakimiyyət tərəfindən siyasi qərarla icazə verilməməsi kəskin pislənilib. Bəyanatda həmçinin Müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunmasının il dönümünün dövlət səviyyəsində keçirilməməsi, həmin günün rəsmi bayram günü kimi qeyd olunmaması təəssüflə qeyd olunur. Eyni zamanda son günlər bəzi rəsmi və qeyri- rəsmi təbliğat vasitələrində Azərbaycanın müstəqillik tarixinin 1991- ci il 18 oktyabrdan başlanması kimi göstərilməsinin yanlış təqdimat olduğu vurğulanır. KXCP hesab edir ki, hakimiyyət müstəqilliyimizin bərpası haqqında Konstitiusiya Aktının qəbul olunmasının 20 illiyinə dair bayram tədbirlərinin siyasi partiyalar tərəfindən qeyd olunmasına şərait yaratmaqla yanaşı bu günün dövlət səviyyəsində rəsmi bayram günü kimi keçirilməsi üçün lazımi addımlar atmalıdır.