Müstəqillik gününə həsr olunmuş konsert keçirilib

musteqillik-gunune-hesr-olunmus-konsert-kecirilib
Oxunma sayı: 637

Məktəbin akt zalına toplaşmış qonaqlar qarşısında istedadlı Flamenko ifaçısı, 2010-2011-ci illlərdə “Festival de la Jordoba” festivallarının iştirakçısı və diplomantı Cavid Ələkbərli çıxış edib.
İspaniyanın məhşur Flamenko sənətçiləri olan Manolo Sanlukar, Manolo Franko, Pako Serrano, Xose Antonio Rodriqezdən sənət dərsləri alan gənc ifaçı Cavid Ələkbərli çıxışında Bayatı-Şiraz muğamını improvizə edib, Flamenko üslubunda müxtəlif ispan ritmləri ifa edib.

Gənc ifaçının çıxışı dəfələrlə tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunub, Flamenko pərəstişkarlarının böyük marağına səbəb olub.

Konsert təşkilatçılarından olan 6 saylı musiqi məktəbindən bildiriblər ki, əlamətdar bayram ərəfəsində keçirilən bu konsertdə gənc Cavid Ələkbərliyinin uğurlu çıxışı Azərbaycan-İspaniya mədəni əlaqələrinin möhkəmlənməsi və inkişafında yeni səhifələrdən biri olub.

Nigar Məmmədli