Müstəqilliyimizin 20 illiyi ilə bağlı müsabiqə

musteqilliyimizin-20-illiyi-ile-bagli-musabiqe
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, müsabiqənin əsas məqsədi gənclərin dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində fikirlərini ictimaiyyətə çatdırmaq, və müstəqillin qorunmasında gənclərin ən aparıcı qüvvə olmasına kömək etməkdir.

Müsabiqədə Azərbaycanın hər bir regionundan təmsil olunan və yaşı 16-dan 25-dək olan gənclər iştirak edə bilər. İştirak etmək niyyətində olan hər bir gənc müsabiqəyə özünün arzu etdiyi formatda və ssenaridə videoçarxlar təqdim edəcək. Oktyabrın 6-dək davam edəcək müsabiqənin nəticələrini ekspertlər komissiyası qısa müddətdə qiymətləndirdikdən sonra ictimaiyyətə açıqlanacaq.
Qalib videoçarxlar Mərkəz tərəfindən mükafatlandırılacaq.



Fatimə Kərimli