Müstəqilliyin 20 ili Universitetdə

musteqilliyin-20-ili-universitetde
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Azərbaycanın son 20 illik inkişaf yoluna, siyasi, iqtisadi və ictimai sahələrdə əldə etdiyi uğurlara nəzər salınıb. Bildirilib ki, iqtisadi cəhətdən müstəqil olmayan dövlət, siyasi cəhətdən də müstəqil ola bilməz.

Tədbiri giriş nitqi ilə universitetin rektoru Aslan Qəhrəmanov açıb. Rektor iştirakçıları təbrik edərək, müstəqilliyin Azərbaycan xalqının ən böyük sərvəti olduğunu bildirib.
Universitetin qonağı, şair Nəriman Həsənzadə dönəmin acı və şirin xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatına göstərdiyi qayğıdan danışıb, şeirlərindən nümunələr də səsləndirib.
Azərbaycan Universitetinin müəllimi, tarix elmləri doktoru Ələmdar Şahverdiyev çıxışında milli müstəqilliyin elan olunduğu ərəfədə Naxçıvanda gedən proseslərə nəzər salıb.
Tarixçi alim Nəsiman Yaqublu milli azadlıq və ərazi bütövlüyü uğrunda aparılan mübarizə, Azərbaycanın 20 il ərzində keçdiyi yol barəsində danışıb və tədbirə gələnlərə öz təşəkkürünü bildirib.

Tədbirdə milli oyanışın yeni mərhələsini əks etdirən slayd və fotoşəkillər də nümayiş olunub.