Müvəqqəti Papa seçildi

muveqqeti-papa-secildi-
Oxunma sayı: 630

ANS PRESS-in məlumatına görə, yeni papa seçilənə qədər onun səlahiyyətlərinin bir qismini İtalyan kardinal Tarcisio Bertone icra edəcək.

Vatikanın iki nömrəli adamı olan Bertone 78 yaşındadır və 2006-cı ildə Vatikanın Dövlət Katibliyində vəzifəyə gətirilib.

Vatikan qanunlarına görə, "Camerlingue" adlanan bu müvəqqəti Papalıq vəzifəsi əsl Papanın ölümü və ya istefası zamanı meydana çıxır və yeni Papa seçilənə kimi işləri o idarə edir.