Müxalifət bir araya gəldi – - Azərbaycanda

muxalifet-bir-araya-geldi-
Oxunma sayı: 2614


“Qafqazinfo” xəbər verir ki, toplantıda KXCP, Musavat, ADP, Ümid,  Liberal Demokrat, AXP, BAP, Azad Demokratlar, Aydınlar Partiyası iştirak edib. İclasda sabah Musavat Partiyasının qərargahında Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair Qətnaməsinə həsr edilən Dəyirmi Masaya hazırlıq məsələləri müzakirə edilib.

Həmçinin proporsional seçki sisteminin tətbiqini nəzərdə tutan konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilməsi təşəbbüsü ilə əlaqədar işlərin gedişi müzakirə olunub. Referenduma çıxarılması təklif edilən dəyişiklik mətninin layihəsi təsdiq edilib. Referendum keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinə, AR Milli Məclisinə, Mərkəzi Seçki Komissiyasına müraciətlərin mətni razılaşdırılıb və göndərilməsi barədə qərar qəbul edilib.