Müxalifət hərəkatı mitinqlərə münasibət bildirdi

muxalifet-herekati-mitinqlere-munasibet-bildirdi
Oxunma sayı: 645

DCUMH-nın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub. DCUMH qərarlarının icrası barədə məlumat nəzərə alınıb.

DCUMH İdarə Heyəti aprelin 2-də 1993-cü ildə Kəlbəcərin işğalından 19 il ötməsinə baxmayaraq mövcud iqtidarın torpaqlarımızın azad olunması istiqamətində heç bir addım atmamasını qətiyyətlə pisləyib. Kəlbəcərin işğalı günü parlamentdə erməni deputatların iştirakı ilə Avronest yığıncağını doğru hesab etmədiyini bildirib, bu addımın milləti işğal faktı ilə barışmağa hesablandığını bəyan edib.

Hərəkatın İdarə Heyəti aprelin 2-də 2011-ci ildə heç bir günahı olmayan siyasilərin həbs olunmasını və bir il həbsdə saxlanmasını hakimiyyətin öz rəqibləri üzərində repressiyası hesab edir, hakimiyyətdən sərbəst toplaşmaq azadlığını təmin etməyi, siyasi məhbusların dərhal azad olunmasını tələb edir.

İdarə Heyəti kütləvi aksiyalarla bağlı məsələni müzakirə edərək mitinqlərə daha ciddi hazırlıqların görülməsi, aksiyaların artan templə inkişaf etməsi, cəmiyyət tərəfindən geniş müdafiə edilməsi halında aksiyalara başlamağı doğru hesab etdiyini bildirib. Cəmiyyət tərəfindən dəstəklənməyən aksiyaların əks effekt verdiyini bəyan edib. Digər birlik və partiyaların sərbəst toplaşmaq və mətbuat azadlığı ilə bağlı aksiyalarında DCUMH üzvlərinin iştirakına heç bir məhdudiyyət qoyulmayıb.