Müxalifət iqtidarı yola salmaq üçün meyxanaçılarımıza üz tutdu

muxalifet-iqtidari-yola-salmaq-ucun-meyxanacilarimiza-uz-tutdu
Oxunma sayı: 3531


Ukrayna müxalifəti Yanukoviç hakimiyyətini yola salmaq üçün azərbaycanlı meyxanaçıların köməyindən istifadə etmək niyyətinə düşüb. Müxalifət partiyalarından biri bu xüsusda Ehtiram və İntiqam Rüstəmov qardaşlarına dəvət göndərib. “Qafqazinfo” xəbər verir ki, bunu ANS-ə “Tı kto takoy, davay do svidaniya”nın müəlilfləri özləri bildirib. 

Qardaşlar Ukrayna dəvətini hələlik müsbət dəyərləndirməyiblər. Onlar ehtiyatlanırlar ki, dəvəti qəbul edəcəkləri təqdirdə, bu başqa bir dövlətin siyasi işlərinə qarışmaq kimi yozula bilər. Amma bununla belə işlərini ehtiyatlı tutub Ukrayna dilində bir-iki söz öyəniblər. Yəni, olmadı elə, oldu belə.

Meyxanaçılardan təklif müqabilində onlara nə vəd edildiyini də soruşduq. Məlum oldu ki, Ukrayna müxalifəti qardaşlara üç gün üçün 20 min avro pul vəd edib. Meyxanaçılar isə düşünür ki, pul hər şeyi həll etmir.