Müxalifət lideri girov götürülüb

muxalifet-lideri-girov-goturulub
Oxunma sayı: 984

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend “əl-Ərəbiyyə” telekanalına istinadən məlumat verir.
Suriya İnsan Hüquqları Təşkilatına vəkil, hüquq müdafiəçisi və Suriya müxalifəti tərəfindən ələ keçirilmiş Raqa şəhərinin başçısı Abdullah əl-Xəlilin silahlı qrup tərəfindən girov götürüldüyü məlum olub.

Təşkilat hadisəni pisləyib və müxalifət liderinin dərhal azad edilməsini tələb edib.

Əl-Xəlilin bazar günü səhər Raqada yerli şuranın mənzil-qərargahını tərk etdikdən sonra girov götürüldüyü bildirilir.