Müxalifət Maduroya sui-qəsdi komediya adlandırdı

muxalifet-maduroya-sui-qesdi-komediya-adlandirdi
Oxunma sayı: 1578

Venesuela prezidenti Nikolas Maduro ona qarşı təşkil edilən sui-qəsd cəhdinin arxasında Milli Assambleyanın iki müxalifətçi deputatının dayandığını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, deputatın ittiham irəli sürdüyü müxalifətçi deputatlardan biri – Xuliyo Borxes isə baş verənləri komediya adlandırıb.

“Nikolas Maduro, nə ölkə, nə də dünya bu sui-qəsd komediyasına inanır. Hamımız bilirik ki, bu, sənin diktaturana müxalif olanları təqib və məhkum edə bilmək üçün bir montajdır. Sən konstitusiyanı dəfn etdin” deyə Borxes tvitter hesabında yazıb:

“Sən məni iqtisadi müharibə, nağd pullarla bağlı böhranda, hiperinflyasiya, defisitdə ittiham etdin. İndi isə sui-qəsddə günahlandırırsan? Heç kimi aldatma. Ölkə faciəsinin yeganə günahkarı sənsən!”