Müxalifət növbədənkənar toplandı

muxalifet-novbedenkenar-toplandi
Oxunma sayı: 636

Bu barədə İP KŞ-nin üzvü Vidadi Mirkamal məlumat verib. O deyib ki, iclasda İP-in hazırladığı “Demokratiyaya yumşaq keçid - Yol xəritəsi” layihəsi ətrafında son müzakirələr aparılıb.

V. Mirkamal bildirib ki, iclasda “Yol xəritəsi”nə bəzi əlavə və düzəlişlər edilib. O, deyib ki, layihənin ictimai müzakirələrə çıxarılmasından sonra belə bir zərurət yaranmışdı. V. Mirkamalın sözlərinə görə, layihənin son variantı İP KŞ-nin bu həftənin çərşənbə günü keçiriləcək iclasında bir dəfə də müzakirə olunacaq. Daha sonra isə mətbuata çıxarılacaq. O qeyd edib ki, layihə İP-in bu ayın 27-də baş tutacaq sessiyasında geniş müzakirəyə çıxarılacaq.

V. Mirkamal onu da bildirib ki, bugünkü iclasda, həmçinin, İP-in 2 aprel mitinqində həbs edilən şəxslərlə bağlı müzakirələr də aparılıb.