Müxalifət parlamenti ələ keçirdi

muxalifet-parlamenti-ele-kecirdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, müxalifət tərəfdarları qanunverici məclisin və ən başlıcası baş nazir şeyx Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabahanın istefasını tələb ediblər. Polis küçə nümayişçiləri qovmağa çalışarkən müxaliflər hücuma keçiblər.

Baş nazir isə korrupsiyada günahlandırılır, belə ki, hakim partiyanın üzvləri tərəfindən alınan bir neçə yüz milyon dollar rüşvət haqqında bir neçə həftə əvvəl yerli mətbuata xəbər sızdırılmışdı. Bu isə ölkədə ciddi hökumət böhranının yaranmasına səbəb olmaqla hakimiyyətə inamın səviyyəsini kəskin şəkildə aşağı salıb. Lakin indiyə qədər parlamentdəki çoxluq baş nazir barəsində araşdırılma aparılması ilə bağlı bütün təşəbbüsləri rədd edib.

Səidə