Müxalifət partiyasında ara qarışıb

muxalifet-partiyasinda-ara-qarisib
Oxunma sayı: 640

Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə verib. O deyib ki, partiyada baş verənlərin bu şəkildə mətbuata çıxarılmasının əleyhinədir: “Mərkəzi Şuranın 10 dekabr tarixli iclasında Əli Orucov özü partiyanın mətbuat və təbliğat katibi vəzifəsindən istefa verib. Ona görə də sonradan belə açıqlama verməsi partiya üzvləri tərəfindən təəccüblə qarşılanır. Bu adamın üç gündür partiya ilə əlaqəsi də yoxdur. Qərargaha da gəlmir və haradasa oturub, bu cür açıqlamalar verir. Onun bu hərəkəti məndə başqa fikirlər formalaşdırır”.
Arzuxan Əlizadə qeyd edib ki, Ə. Orucov və onun kimi düşünənlərin hərəkəti AMİP-ə zərbə vurmaq niyyəti kimi qiymətləndirilə bilər: “Bu açıqlamaların ilhamvericililərinin kimlər olduğu, hansı qüvvələrin burada rolu olduğu da məlumdur. Lakin açıqlamaq istəmirəm. Birmənalı demək istəyirəm ki, AMİP-ə dəfələrlə bu cür hücumlar olub və partiya daxilində problemlər yaratmaq cəhdləri edilib. Ancaq bu hücumların qarşısı alınıb. Çünki AMİP kifayət qədər nizam-intizamlı təşkilatdır, strukturlar tam fəaliyyət göstərir və şişirdiləcək problem yoxdur. Fikrimcə, müəyyən vaxtdan sonra bu məsələdə ötüb gedəcək”.

Əli Orucov isə APA-ya açıqlamasında bildirib ki, Arzuxan Əlizadənin açıqlamalarında məntiq yoxdur: “Əgər dekabrın 10-da istefa vermişəmsə, niyə ötən 20 gün ərzində partiyanın mətbuat və təbliğat katibi kimi siyasi proseslərə qatılmağım Arzuxan Əlizadə tərəfindən etirazla qarşılanmırdı? AMİP rəhbərliyi tərəfindən mənə qarşı təzyiqlər İctimai Palatanın Koordinasiya Şurasının üzvlüyünə namizədliyimi verdikdən sonra başlayıb. Mənim üçün də artıq bu vəzifə ilə bağlı məsələ bitib. Hər hansı bir şərh vermək istəmirəm. İstefaya göndərmək istəyirlərsə, rəsmi qərarlarını açıqlasınlar. Arzuxan Əlizadədən də xahiş edirəm ki, mənim haqda bildiklərini mətbuata çıxarsın. Amma ictimaiyyət Əli Orucovu da, onu da yaxşı tanıyır. Yaxşı olar ki, baş katib bu açıqlamanı verməzdən əvvəl güzgüyə baxsın. Bütün bunlarla yanaşı, yenə də partiyadaxili məsələlərin ictimailəşdirilməsinin əleyhinəyəm. Onu da vurğulayıram ki, sandıq örtülü qalsa yaxşıdır, əgər açılsa, baş katib pambığın içində itib-batacaq”.