Müxalifət tərəfdarları həbs edildi

muxalifet-terefdarlari-hebs-edildi
Oxunma sayı: 646

O, Moskvaya gələrək Dövlət Dumasının önündə aksiya keçirməyə çalışanlarla birlikdə həbs edilib. Həmin vaxt Dövlət Dumasında Rusiyanın baş naziri Vladimir Putinin müraciəti başlamalı idi. "Ağ Dövlət Duması" adı verilmiş aksiyanın iştirakçıları burada polisin müqaviməti ilə rastlaşıblar.

Udaltsovun "İnterfax" agentliyinə verdiyi məlumata görə, onlar Dövlət Dumasına heç yaxınlaşmamış polis onu izdihamdan ayırıb və avtobusa mindirib. O, aksiya iştirakçılarının sadəcə Dövlət Dumasını dövrə etməyi və Həştərxanda aclıq edənlərlə həmrəylik ifadə olunan şüarlar səsləndirməyi planlaşdırdıqlarını deyib.

Xatırladaq ki, aprelin 8-də də müxalifət tərəfdarları Qızıl meydanda "Ağ meydan" aksiyası keçirmişdilər.

anspress