Müxalifət tərəfdarları həbs edildi

muxalifet-terefdarlari-hebs-edildi
Oxunma sayı: 632

Radikal müxalifətçi təşkilatlarından olan "Digər Rusiya"nın nümayəndələri Moskvanın Triumfalnaya meydanına toplaşaraq, dekabrda keçiriləcək parlament seçkisinə etiraz ediblər. Aksiyada "Müxalifətsiz seçki qanun pozuntusudur", "Azad seçkilər", "Putinsiz Rusiya" kimi şüarlar səsləndirilib.

Polisin icazəsiz aksiyaya müdaxilə etməsi gərginliyə səbəb olub. Nümayişçilər bir-birindən tutaraq, insan zənciri yaradıb və polisin aksiya fəallarını həbs etməsinə maneə olmağa çalışıblar. Təhlükəsizlik qüvvələrinə uzun müddət müqavimət göstərən 15 nümayişçi həbs edilib.