Müxalifətçi gənci hədələyiblər

muxalifetci-genci-hedeleyibler
Oxunma sayı: 668

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Demokrat Partiyasının mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, F. Darbazovun verdiyi xəbərə görə artıq bir neçə gündür ki, gizli nömrədən onun mobil telefonuna hədə-qorxu zəngləri edilir. Zəng edənlər bir-başa mətləbdən danışmasalar da, onların narahatçılığının məhz qəzetlərdə gedən yazılarla bağlı olması anlaşılır: “Belə ki, çox kobud ifadələrdən, təhqir və hədələrdən ibarət olan telefon zənglərinin sonunda F. Darbazovun yazılarında yer alan tənqid obyektlərinin toxunulmazlığına eyhamlar vurulur”.

F. Darbazov həmçinin son bir neçə gün ərzində idarə etdiyi şəxsi minik avtomobilinin də izləndiyini bildirib.