Müxalifətçilərin həbsinə etiraz edən nazir istefa verdi

Müxalifətçilərin həbsinə etiraz edən nazir istefa verdi
Oxunma sayı: 824

Maldivin səhiyyə naziri Azima Şakur hökumətin Ali Məhkəmənin qərarına əməl etməməsinə etiraz edərək istefa verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən doqquz müxalifətçi azadlığa buraxılmalı idi:

“Mənim vicdanım belə açıq şəkildə meydan oxuyan rejimlə işləməyə imkan vermir”.

Qeyd edək ki, ötən həftə Ali Məhkəmə bir sıra siyasi liderlər, o cümlədən eks-prezident Muhammed Naşid haqda çıxarılan həbs qərarını ləğv etmiş, eyni zamanda, 12 müxalifətçinin parlamentə üzvlüyünü bərpa etmişdi. 

Ölkə başçısı Abdulla Yamin Ali Məhkəməni qərarını geri çəkməyə səsləmişdi. Maldiv liderinin fikrincə, qərar qanunsuzdur, hökmün ləğvi ölkənin milli təhlükəsizliyi üçün təhdiddir. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi