Müxalifətçinin Avropa Məhkəməsi və MSK haqda sənədləri oğurlandı

muxalifetcinin-avropa-mehkemesi-ve-msk-haqda-senedleri-ogurlandi
Oxunma sayı: 1265



“Qafqazinfo”ya daxil olan məlumata görə, onun avtomobilindən “Canon” tipli kamera, yaddaş kartı, 50 manat pulu, Avropa İnsan Hakları Məhkəməsinə göndərilmiş sənədlərin surəti, MSK, Ali və Apellyasiya məhkəmələrinin sənədlərin aparılıb. Maşının qapısını xüsusi alətlə açıblar. Çağırılmamış qonaqlar maşında axtarış apararaq altını-üstünə çeviriblər. Şakir Məmmədov Sumqayıt şəhər Polis İdarəsinə müraciət edib. Maşın bölməyə gətirilmiş və baxış keçirilib, barmaq izləri götürülüb. Baxış zamanı məlum olub ki, maşını işə salmaq üçün lazımı naqillər də sökülüb. Sumqayıt şəhər 1-ci bölməsinə təzə təyin olunmuş bölmə rəisi Anar Əliyevin göstərişinə əsasən təhqiqat işlərinə başlanıb. Təhqiqat işini aparmaq Ramil Əhmədliyə həvalə olunub. Sahə müvəkkili Yaşar Bayramova tapşırılıb ki, şübhəli şəxsləri bölməyə dəvət etsin. 

Xatırladaq ki, belə bir “əhvalat”la Şakir Məmmədov 2003-cü ildə keçirilən Prezident Seçkiləri zamanı da qarşılaşıb. Həmin ərəfədə onun indi yaşadığı bir otaqlı evi yağmalanıb. Həmin vaxt polisə ərizə ilə müraciət etməsinə baxmayaraq 3000 manatlıq ev əşyaları tapılmadı. Bəli, bizim “şanlı” polisimiz belə axtarış aparır. O, deyir ki, “bu dəfə maşınından aparılan əşyalar tapılmasa şəxsən Daxili İşlər Naziri Ramil Usubova müraciət edəcək”.