Müxalifətçinin evi sökülür

muxalifetcinin-evi-sokulur
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda son dövrlər KXCP-nin Gədəbəy rayon şöbəsinin rəhbərliyinə təzyiqlərin artırıldığı bildirilib: “Partiyanın Ali Məclis üzvü Əli Abdullayevə qarşı yerli hakimiyyət orqanlarının amansız davranışı hiddət doğurur. İnsanların siyasi mövqeyinə görə təzyiqlərə məruz qalması artıq adi hala çevrilməkdədir. Bir müddət əvvəl fiziki sağlamlığına qəsd olunan, sonradan özəl mülkünə qarşı olan müdaxilələr deməyə əsas verir ki, bu cür hərəkətlər siyasi sifarişdir. Ə. Abdullayevə məxsus şəxsi mülkünün qanunsuz, sənədsiz, heç bir rəsmi-yazılı xəbərdarlıq edilmədən sökülməsinə başlanması və vətəndaşların mülkiyyət hüququnun əlindən alınması artıq özbaşınalığın son həddidir. KXCP, Gədəbəydə baş verən biabırçı qanunsuzluğu pisləyir, hakimiyyətdən başladığı dağıntını təcili dayandırmağı, Əli Abdullayevə məqsədli şəkildə vurulmuş maddi ziyanın tam ödənilməsini tələb edir”.