Müxalifətdən Klintona dəstək

muxalifetden-klintona-destek
Oxunma sayı: 644

"Qafqazinfo"nun məlumatına görə, toplantıda ilk olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının Cəlilabad rayon qərargahının dağıdılmasına etiraz edilib. Toplantıda partiyanın Məclisinin 2011-ci ilin yekunlarının vurulacağı və 2012-ci il üçün müzakirələrin ediləcəyi sessiyasının vaxtı yanvarın 8-ə təyin edilib.

Divanda Rusiya Federasiyasındakı proseslərə də münasibət bildirilib.
Toplantı iştirakçıları yeni parlament seçkiləri keçirilməsi tələbini
müdafiə etdiklərini bildiriblər.

ABŞ dövlət katibi Hilari Klintonun 10 dekabr Beynəlxalq İnsan Haqları
günü ilə bağlı verdiyi hesabata da münasibət bildirilib. H. Klintonun
hesabatdakı fikirləri acı reallıq kimi qiymətləndirilib.

Fatimə Kərimli