Müxalifətin 8 qərarı

muxalifetin-8-qerari
Oxunma sayı: 647

Verilən informasiyaya görə, iclasda gənclərin 17 aprel mitinqinə münasibət, İP- n 8 aprel 2012- ci il tarixdə keçirilməsi nəzərdə tutulan mitinqi, vicdan məhbuslarını ilə bağlı İP- in siyasəti, Quba hadisələrinə görə repressiyalar, Qəbələ RLS ətrafında yaranmış vəziyyət, İP- in təşkilatlanma məsələləri və s. məsələlər müzakirə edilib.
İP katibliyinin yaydığı məlumatda bildirilir ki, müzakirə edilmiş məsələlər barədə aşağıdakı məlumatları çatdırmağı lazım bilir:
"1.İP Koordinasiya Şurası Gənclərin 17 mart aksiyası il bağlı qəbul etdiyi qərarda aşağıdakılar əksini tapıb. “Azərbaycanda demokratikləşmə istiqamətində ciddi hadisədir. İP aksiyanı təqdir edir və müasir, inkişaf etmiş Azərbaycan uğrunda gənclərin mübarizəsini alqışlayır. İP aksiyada irəli sürülmüş tələbləri tamamilə müdafiə edir və həmrəylik ifadə edir və bəyan edir ki, gənclərin bundan sonra da keçirəcəkləri aksiyalar İP tərəfindən dəstəklənəcəkdir. İP aksiyada baş vermiş insidentdən təəssüfləndiyini bildirir. İctimai əxlaqın hamılıqla qəbul edilmiş prinsiplərini və milli mənəvi dəyərlərin pozulmasını yolverilməz hesab edərək, İP qeyd edir ki, bu cür hallar mövcud Azərbaycan iqtidar dairələri tərəfindən müxalifət nümayəndələrinə qarşı şəkildə istifadə edilən, iqtidar tərəfindən təşkil olunan, həvəsləndirilən, stimullaşdırılan, mükafatlandırılan, iqtidaryanlı TV və yazılı KİV - lərində tirajlanan, yayılan, əxlaqsız, ləyaqətsiz təhqir və şantaj siyasətinin birbaşa nəticələrindədir. Hər hansı şəxsin şərəf və ləyaqətinin aşağılanması kimi dəyərləndirilən hərəkətlərin yol verilməzliyini və bu cür halları pislədiyini göstərərək İP hesab edir ki, bu cür hərəkətlərə yol verən hər bir şəxsə qarşı da qanunda müəyyən edilmiş qaydada hərəkətlər edilməlidir və həmin şəxslərə məhkəməsiz divan tutmaq, işgəncə vermək cinayətdir. Əgər bu dövlətin vəzifəli şəxsləri tərəfindən təşkil edilib həyata keçirilirsə ciddi dövləti cinayətdir. Bununla əlaqədar İP 17 mart aksiyasında saxlanılmış şəxslərin döyülməsi haqqında yayılan informasiyardan narahatlıq ifadə edir və bu informasiyaların ən ciddi və aşkar şəkilda təhqiq olunaraq təqsirli şəxslərin cəzalandırılmasını tələb edir.
2. 8 aprel 2012- ci il tarixdə İP- in mitinqinin keçrilməsi barədə İP sessiyasının qərarının icrası istiqamətində müzakirə apararaq qərara alınıb. Bakı şəhər İcra Hakimiyyətinə 8 aprel 2012- ci il tarixdə, saat 15- 17 radələrində, “Yeni parlament seçkiləri”, “Qarabağ”, “Siyasi məhbuslara azadlıq”, “Korrupsiyaya son”, “İstismara son”, “Oliqarx məmurlara istefa”, “Əmanətlər birə bir qaytarılsın”, “Mülkiyyətə ədalətli kompensasiya”, və s şüarlarla mitinq keçiriləcəyi barədə xəbərdarlıq müraciəti göndərilsin. Müraciətdə mitinqin keçiriləcəyi ünvanlar olaraq 20- ci dairədə 17 mart aksiyasını keçirildiyi meydan, Nərimanov kinoteatrı qarşısındakı meydan və Təbriz kinoteatrı qarşısındakı meydanlar göstərilsin.
3. Vicdan məhbusları ilə bağlı İP- in bundan sonrakı siyasəti haqqında müzakirələrlə əlaqədar əlavə açıqlamalar sonra veriləcəkdir. Bu məsələ ilə bağlı olaraq vicdan məhbusu Arif Hacılının ağır xəstə olan anasını ziyarət edə bilməsinə şərait yaradılması barədə müraciətinin təmin edilməsi üçün aidi hakimiyyət orqanlarına çağırış edilmişdir.
4. Əmanətlərin qaytarılması ilə bağlı məsələlərin müzakirə edilməsi məqsədi ilə 29 mart 2012- ci il tarixdə saat 12- də Müsavat partiyasının qərargahında İP İqtisadiyyat Komissiyasının dəyirmi masa keçirməsi qərara alınmışdır.
5. 30 mart 2012- ci il tarixdə sat 12 – 00 da 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş dəyirmi masa keçirilməsi qərara alınmışdır.
6. Qəbələ RLS ətrafında yaranmış vəziyyət müzakirə edilərək müvafiq bəyanat qəbul edilmişdır. Bu problemə diqqətin cəlb edilməsi məqsədi ilə martın 3- cü ongünlüyündə Bakıdan Qəbələyə yürüş keçirilməsi təşəbbüsü müdafiə olunmuş və dəstək verilməsi qərara bağlanmışdır.
7. Quba hadisələri ilə bağlı həbslərin genişlənməsi və xüsisilə Quba Televiziyası jurnalistlərinin həbsi məsələsi pislənilmiş və bu həbslər ifadə azadlığını məhdudlaşdırmaq, narazı əhalini qorxutmaq məqsədi ilə həyata keçirilən repressiya aktı kimi dəyərləndirilmiş, Quba hadisələrinə görə həbs edilmiş şəxslərin azad olunması, istintaqın həbssiz və aşkar aparılması tələb edilmişdir. İP insan hüquqlarını müdafiə komitəsini tapşırılmışdır ki, bu məsələni nəzarətdə saxlasın və KŞ- na müntəzəm məlumat versin.
8. İP KŞ- nın növbəti iclası 24 mart 2012- ci il tarixdə saat 12- də Musavat Partiyasının qərargahında keçiriləcək".

Musavat.com