Müxalifətin fövqəladə toplantısı keçirildi

muxalifetin-fovqelade-toplantisi-kecirildi
Oxunma sayı: 652

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, toplantıda 2 aprel məhbusları ilə bağlı məhkəmə prosesi məsələsi müzakirə edilib. Qurum üzvləri məhkəmə prosesinin sifarişli və qanunsuz olduğunu bildirib. İctimai Palatanın Koordinasiya Şurasının bugünkü növbədənkənar toplantısının qərarları aşağıdakı kimi olub: 1. Vicdan məhbusları ilə bağlı yaranmış duruma görə sabaha təyin olunmuş İran müzakirələri təxirə salınır; 2. 29 sentyabrda mətbuat konfransı keçirilməsi qərara alınır. 3. IP-in sessiyası şənbə gününə keçirilir.

Sentyabrı ayının 29-da İctimai Palatanın rəhbərliyi 2 aprel məhbuslarının işi ilə bağlı mətbuat konfransı keçirəcək. Mətbuat konfransı Müsavat Partiyasının qərargahında saat 12-də baş tutacaq.