Müxalifətlə dialoq başlaya bilər

muxalifetle-dialoq-baslaya-biler
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, xəbəri oktyabrın 17-də Qatarın Baş naziri Hamad bin Cassim əl-Taninin sözlərinə istinadən “əl-Cəzirə” yayıb.
Ərəb Ölkələri Liqası bunun üçün Qatarın başçılığı ilə xüsusi komissiya təşkil edib. Təşkilatın birinci katibi Nabilya əl-Ərəbinin sözlərinə görə, danışıqlar 15 gün ərzində olmalıdır.
Qərar Liqanın Fars körfəzinin bir neçə dövlətinin təşəbbüsü ilə Qahirədə bazar günü keçirilən iclasında qəbul edilib.
İclasda əsas müzakirə mövzusu Suriyanın Ərəb Ölkələri Liqasından çıxarılması ilə bağlı olub. Ərəb ölkələri və beynəlxalq təşkilatların nümayəndələri Suriya prezidenti Bəşər Əsədi siyasi rəqiblərinə qarşı silahlı təqiblərin dayandırılamasına və müxalifətlə danışıqlara başlamağa çağırıblar. Bir qədər əvvəl bir neçə ərəb dövlətinin səfirləri Bəşər Əsədin hərəkətlərinə etiraz olaraq Suriyanı tərk etmişdilər.
Nəticədə bazar günü keçirilən iclasda Suriyaya qarşı sanksiyalar tətbiq etməməyə, amma danışıqların təşkili üçün hər şeyi etmək üçün səy göstərmək barədə qərar qəbul edilib. Danışıqların Qahirədə Liqanın himayəsi ilə keçirilməsi nəzərdə tutulub.
Suriyanın dövlət televiziaysına istinadən “Reuters” xəbər verir ki, rəsmi Dəməşq təkliflərə mənfi reaksiya verib. Suriya rəhbərliyinə qarşı sanksiyaların tətbiqinə bel bağlayan ölkə müxalifətçilərin də reaksiyası mənfi olub.
Suriyanın hökumət qüvvələri və müxalifət arasında qarşıdurma davam edir. Hüquq müdafiə təşkilatları müxalifətçilərin və dinc sakinlərin qətlə yetirildiy barədə məlumatlar verir.
BMT-nin məluamtına görə, Suriyada martdan başlayaraq qarşıdurmaların nəticəsində təxminən üç min nəfər həlak olub.