Muxtar Babayev BP rəsmiləri ilə danışıq aparıb

Muxtar Babayev BP rəsmiləri ilə danışıq aparıb
Oxunma sayı: 1119

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, vitse prezident Zaur Paşayev, ətraf mühit üzrə direktor Faiq Əsgərov arasında tanışlıq görüşü keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, görüş zamanı BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələr, bu layihələrin icrası zamanı ətraf mühitin mühafizəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb, ekoloji standartlara riayət olunması ilə bağlı tövsiyələr verilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi