Muxtar Babayev görüş keçirdi

muxtar-babayev-gorus-kecirdi
Oxunma sayı: 944

17 sentyabrda Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiyanın İTOCHU Koorporasiyasının baş əməliyyat direktoru Hisato Okubo ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Azərbaycan və Yaponiya arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı üçün əməkdaşlığın əsas hədəf və istiqamətləri müzakirə olunub.