Muxtar Babayevin yerinə təyinat oldu

muxtar-babayevin-yerine-teyinat-oldu
Oxunma sayı: 9248

Sumqayıtda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin  (AİB) Müşahidə Şurasına yeni sədr təyin olunub.

"Qafqazinfo" Xeberle.com-a istinadən xəbər verir ki,  millət vəkili Muxtar Babayevin əvəzinə təyin olunan yeni sədr Arzumanzadə İmran Yaqub oğludur.

İ. Arzumanzadə daha öncə  "Azərikimya" İB-nin icraçı direktorunun müavini olub və 2015-ci ildə  Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə  ölkə başçısı tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.

Qeyd edək ki, "Azərikimya" İB-nin Müşahidə Şurasının əvvəlki sədri,  millət vəkili Muxtar Babayev isə  prezident İlham Əliyevin sərəncamı ilə  Ekologiya və təbii sərvətlər naziri təyin olununb.