Müxtəlif dinə inananların iftar süfrəsi - - Foto

muxtelif-dine-inananlarin-iftar-sufresi-
Oxunma sayı: 1242


“Qafqazinfo”nun “İslaminsesi.az”a istinadən verdiyi məlumata görə, müqəddəs ay başlayandan sonra Tokionun Cümə məscidində hər gün 200-dən çox insan üçün iftar süfrəsi açılır. İftar məclislərinə İslam dini haqqında maraqlanan başqa dinlərin mənsubları da gəlirlər. İftar üçün yeməkləri Türkiyədən xüsusi olaraq gələn üç aşpaz hazırlayır. 

Qeyd edək ki, 1920- ci illərdə Rusiyada baş vermiş inqilabdan sonra mühacir-müsəlmanların Yaponiyaya gəlişindən sonra İslam dini burada geniş yayılmağa başlayıb. Hazırda Yaponiyada 120 min müsəlman yaşayır.