Mxitaryan Bakıya gəlməyəcəyi üçün üzülür

mxitaryan-bakiya-gelmeyeceyi-ucun-uzulur
Oxunma sayı: 2629

Avropa Liqasının finalında Bakıda “Çelsi” ilə keçiriləcək görüşə gətirilməməsi qərarı verilən “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryan sosial şəbəkə hesabında açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi oyuna gəlməyəcəyi üçün üzgün olduğunu deyib:
 
“Bütün mövcud seçimləri göz önünə alaraq, komanda ilə birlikdə Avropa Liqasının finalı üçün Bakıya getməməyimlə bağlı çətin qərar verildi. Bu, biz futbolçular üçün çox tez-tez olmayan bir oyundur və etiraf edim ki, bu oyunu qaçırmaq məni çox üzür. Komanda yoldaşlarımı dəstəkləyəcəm. Kuboku evə gətirin!”.
 
“Arsenal” – “Çelsi” oyunu mayın 29-u, Bakı Olimpiya Stadionunda keçiriləcək.