Myanma müsəlmanlarına yardım göndərilir - Prezident göstəriş verdi

Myanma müsəlmanlarına yardım göndərilir
Oxunma sayı: 2611

Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən humanitar yardım göndərilir.

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi