Myanmada mədən çökdü - 14 ölü

myanmada-meden-cokdu
Oxunma sayı: 794

Myanmanın Hpakant bölgəsində qiymətlə nefrit daşı mədənində uçqun baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 14 işçi ölüb, 6 nəfər isə yaralanıb.

Daha bir neçə işçi isə itkin düşüb. Hazırda axtarışlar aparılır.

Qeyd edək ki, Hpakantdakı mədən dünyada nefrit daşının mərkəzi hesab edilir.